Son günlər sosial şəbəkələrdə Bakı Qızlar Universitetinin (BQU) adı ilə bağlı müxtəlif çağırışlar və toplaşma xarakterli paylaşımlar yayılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Qızlar Universitetinin rəhbərliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu cür çağırışlar universitetin rəsmi mövqeyini əks etdirmir. Dominos pizza
“Universitetin müəllim və tələbələrindən xahiş edirik ki, hər hansı toplaşma və ya aksiya xarakterli çağırışlara qoşulmasınlar.
Bütün kollektivimizi təmkinli olmağa, qanunvericiliyin tələblərinə riayət etməyə və yalnız rəsmi məlumatlara etibar etməyə çağırırıq”.
Xatırladaq ki, BQU son günlər yayılan iddialarla bağlı iyulun 24-də də açıqlama yaymışdı.
Bu təhsil müəssisəsi son günlər sosial şəbəkələrdə yazılanlara münasibətində yalnız rəsmi mənbələrə etibar etməyə çağırış etmişdi:
“Rəsmi xarakter daşıyan hər hansı məlumat yalnız aidiyyəti dövlət qurumları və universitetin rəsmi informasiya resursları vasitəsilə ictimaiyyətə təqdim ediləcəkdir”.
İyunun 22-də Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.
BQU institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib və və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Proqram akkreditasiyası üzrə “İbtidai sinif müəllimliyi” ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.
“Məktəbəqədər təhsil” ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da “uyğun deyil” nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.
Sosial mediada universitetin bağlanacağı haqqında iddialar yayılıb.
Aydan Hacı
Telegram kanalımız