“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“ - Sosioloq

saytların hazırlanması

Evə çatdırılma

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“ - Sosioloq

Sosial

12 Avqust 2022 15:39 1098


"İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir".

Yenisabah.az demokrat-a istinadla xəbər verir ki, bunuSağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirib.

Sosioloqun sözlərinə görə, dünyanın bir çox ölkəsində kriminal ünsürlə meydan sulayır. "Belə halda ailələr haqlı olaraq qız övladlarının xaricdə təhsil almasına üstünlük vermirlər. Kriminal ünsürlərin meydan suladığı ölkələrə, atışma baş verən ölkələrə, zorlamaya görə dünya lideri olan ölkəyə qız uşağını təkbaşına göndərməyə ehtiyac yoxdur. pizza

İnformasiya dövrüdür və internet vasitəsilə istənilən informasiyanı, elmi əsəri əldə etmək olar. Yəni təhsil almaq istəyən ölkəmizdə də ala bilər. Ehtiyac yoxdur ki, dünyanın o başına getsin. Oxumaq və öyrənmək istəyən üçün heç bir problem yoxdur. Ona görə də, mühafizəkar yanaşmanı mən pisləmirəm və bunu haqlı sayıram". 

“Qız uşaqları üçün ölkəmizdə təhsildə heç bir problem yoxdur. Azərbaycanda tələbələrin əksəriyyəti qızdır və onlar problemsiz təhsil ala bilərlər”, - deyə sosioloq sonda fikirlərini yekunlaşdırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!