Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

QMİ 4 uşaqla qadını soyuq küçələrdə niyə gözlədir?  - “Hər yola əl atırlar“
25 Fev 2021 12:04
626

QMİ 4 uşaqla qadını soyuq küçələrdə niyə gözlədir? - “Hər yola əl atırlar“

Qazaxda yerləşən “Tövbə” məscidinin qeydiyyata alınmaması ilə bağlı Xədicəxanım Hüseynzadənin videomüraciətini vermişdik. Dünən X. Hüseynzadə Bakı şəhərinə gələrək öz uşaqları ilə aksiya keçirib.

Yenisabah.az RegionNews.az-a istinadla xəbər verir ki, X. Hüseynzadə havının kəskin olmasına baxmayaraq, uşaqları ilə birlikdə QMİ-ə gəlib. Lakin onları qəbul etməyiblər. Bildirilib ki, konfrans var, bu səbəbdən günün ikinci yarısına qədər gözləsinlər:

“Guya ki, saat iki üçün bizi qəbul edəcəkdilər. Amma bu soyuqda gözləyirik, saat isə altı olur. Amma qəbul etmirlər. Axı biz nə istəyirik? Bizim istəyimiz böyükdürmü? İsa Məsihin mövludu günü xiristian icmasının qəlbini xoş etmək üçün gəlib rayonda öz hesablarına məclislər keçirib uşaqlara hədiyyələr verirlər. Amma İslam dini üçün adi bir kağız parçasını vermək istəmirlər. Pulumuz yoxdur ki, sənədi ala bilmirik, olsa bəlkə də almışdıq. Amma niyə başa düşmək istəmirlər ki, Allahın evi üçün rüşvət almaq olmaz”.

Hüseynzadə əlavə edib ki, QMİ-nin bir sıra rəsmi şəxsləri şəxsən onlardan rüşvət istəyib:

“Səs yazısı da var. 2000 manat pul istəyir. Rayonda bal-qaymaq satanlar göndəriblər bal-qaymaq ki, bəlkə yola gətirə bilələr. Amma heç o da işə yaramadı. Bizim istədiyimiz bir parça kağız parçasıdır, onu da verməmək üçün hər yola əl atırlar”.

Şikayətçi deyib ki, bu məscidə sənəd verməsini ona görə tələb edirik ki, qanuni şəkildə axundu olsun:

“Biz demirik ki, biz axund təyin edək. Öz idarələrindən və ya inandıqları adamı axund təyin etsinlər. Sabah da nəsə bir şey olanda məsuliyyəti kimin daşıdığı aydın olsun. Belə olmayanda qarışıqlıq olur. Hətta yığışıb ibadət də edə bilmirik. Polislər gəlib deyir ki, bir yerə yığışmaq olmaz. Düzdür, indi pandemiyadır, amma iki-üç il bundan qabaq da qoymurdular. İftar verilən vaxtı gəlib polis qazanı aparmışdı. Biz də istəyirik, qanuniləşsin, insanlar rahat şəkildə ibadət edə bilsinlər”.

Xədicəxanım Hüseynzadənin sözlərinə görə günün sonuna qədər gözlədikdən sonra vəd edilən qəbul əvəzinə mühafizəçilər yaxınlaşaraq onları QMİ-nin binasından uzaqlaşdırıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər