“Qoca Sinyora” darmadağın oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qoca Sinyora” darmadağın oldu

İdman

19 Oktyabr 2026 09:25 97


İtaliya A Seriyası çərçivəsində baş tutan qarşılaşmada "Yuventus" öz azarkeşləri önündə gözlənilməz və ağır məğlubiyyətlə üzləşib. Turin təmsilçisi doğma meydanda "Lazio" klubuna böyük hesabla məğlub olub.

“Yeni Sabah” xəbər verir ki, qonaqlar matçda hesabı 37-ci dəqiqədə açıblar. Mattia Zakkaqninin ötürməsini Oliver Provstqard dəqiq zərbə ilə torlara qovuşdurub (0:1). İkinci hissədə təzyiqi artıran "Lazio" 66-cı dəqiqədə Nuno Tavaresin ötürməsindən sonra Gustav Isaksenin qolu ilə fərqi iki topa çatdırıb (0:2).

Oyunun son dəqiqələrində, 89-cu dəqiqədə sahəyə sonradan daxil olan Fisayo Dele-Başiru Andrea Pinamontinin asistini qolla tamamlayaraq matçın yekun hesabını müəyyənləşdirib — 0:3. pizza mizza

Bu biabırçı məğlubiyyətdən sonra "Yuventus" azarkeşləri komandanın çıxışına sert etirazlarını bildiriblər. "Lazio" isə bu möhtəşəm səfər qələbəsi ilə xallarını artıraraq turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirib. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!