Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlandığına dair məlumat yayılıb.
Yenisabah.az xəbər verir ki, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Abuşov İntiqam Mirzağa oğlunun yaxınları qanunla.az saytı ilə əlaqə saxlayaraq, onun haqqda cinayət işinin başlanmadığını bildiirblər. Qohumlarının sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gigiyena və Epidemiologiya Mərkəzində yoxlamalar aparılır.
Telegram kanalımız