“Bəlkə, evində quru çay yoxdur?”   -“Ayıbdır, olmaz!”

saytların hazırlanması

Evə çatdırılma

“Bəlkə, evində quru çay yoxdur?” -“Ayıbdır, olmaz!”

Sosial

09 Dekabr 2021 10:46 1668


“Çağırılmamış qonaq” ifadəsinin mənası hər kəs üçün başadüşüləndir. Söhbət təklikdə, yaxud ailəlikcə harasa getməyi planlaşdırdığın, yaxud hansısa məişət problemini həll etmədiyin an qapının qəfil döyülməsi, “qonaq-qara qəbul etməzsiz?” deyə içəri soxulan tanışlar, ya da qohumlardan gedir. Mentalitetimizə yaxın olan ölkələrdə, o cümlədən İranda, Türkiyədə ev sahibindən dəvət almadan kimsə kimsənin qapısını döymür. Azərbaycanda yazılmamış əks qayda, ənənə necə ləğv edilsin?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən sabiq deputat, yazıçı-publisist Xeyrəddin Qoca bildirib:

“Qonaq gedilən evin sahibi müəyyən hazırlıq görməlidir, qabaqcadan biş-düş etməlidir. Bəlkə, o adamın evində heç quru çay yoxdur? Ona görə də, qonaq getməzdən əvvəl xəbərdarlıq edilməlidir. Marqarita pizza

Deyəcək ki, evdə yoxam, başqa ölkədəyəm. Necə qonaq gedəcəksən? Bu ümumiyyətlə, böyük bir mədəniyyətdir, etikadır. Qonaq getməzdən bir neçə gün əvvəl xəbərdar etmək lazımdır. Bəlkə, həmin günü vacib işim var, qapını açıb, iş-gücünün dalınca getmək istərkən, görürsən ki, qonağın gəlib. İş-güc qalır qıraqda, qonağı qarşılayırlar ki, ayıbdır, sonra söz-söhbət olar. Bəs qonaq etdiyi ayıb deyil?!

Ümumiyyətlə, menatlitetimizdə çatışmayan çox cəhətlər var. “Dünya mədəniyyətindən çox geridəyik” demək doğru olmaz, amma adət-ənənələrimizdə yer alan pis xüsusiyyətlərin aradan qalxmasını istərdim. Milli qürurumuz, şərəfimiz, qonaqpərvərliyimiz, istiqanlığımız var, bu olmalıdır. Ama bizə yaraşmayan xüsusiyyətlərin aradan qalxmasını istəyərdim”.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!