“Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb” – Hikmət Hacıyev
29 Okt 2020 13:15
542

“Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb” – Hikmət Hacıyev

“Ermənistan etdiyi hərəkətə görə döyüş meydanında cəzalandırılır. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Xocalı soyqırımını törədənlərin çoxunun cavabını Azərbaycan ordusu verib: “Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin “müdafiə naziri” artıq cəhənnəmə yola salınıb. Digərləri də öz paylarını alacaqlar”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər