"Qonşu ölkələrdə meymunçiçəyinə yoluxma hallarının olması hələki ölkəmiz üçün çox təhlükəli deyil".
Yenisabah.az trend-ə istinadla xəbər verir ki, bunu infeksionist Mərdan Əliyev bildirib ki,
Onun sözlərinə görə, yoluxma kütləvi deyil. Sezar pizza
"Türkiyə və Gürcüstanda meymunçiçəyinə yoluxma bir neçə müddət əvvəl baş verib. Lakin bu günə qədər sürətli artım qeydə alınmayıb. Bu virus sürətlə yayılmır.
Qonşu ölkələrdə virusun olması o demək deyil ki, ölkəmizdə də mütləq bu xəstəlik yayılacaq. Hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Amma insanlarımız hər ehtimala ehtiyatlı olsunlar. Meymunçiçəyi virusunun yayıldığı ölkələrə getdikdə tədbiri əldən verməsinlər".
İnfeksionistin sözlərinə görə, bu xəstəlik çiçək xəstəliyinə bənzəyir, əsasən hava, damcı və meymunçiçəyi olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər:
"Virusun əsas əlamətləri əzələ ağrısı, qızdırma, dəri səpkisi və baş ağrısıdır".
Telegram kanalımız