Gürcüstanda yanacağın bahalaşması davam edir. Dizelin qiymətinin bir litr üçün 5 lariyə çatdığı bildirilir. Ölkənin baş naziri İrakli Kobaxidze qiymət artımını Yaxın Şərqdəki münaqişələr və dünyada baş verən proseslərlə əlaqələndirib.
“Yeni Sabah” xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında yanacağın, xüsusilə dizelin qiymətinin aşağı düşəcəyinə ümid etdiyini bildirib.
Baş nazirin sözlərinə görə, əgər qiymətlərdə azalma baş verməsə, hökumət vəziyyətlə bağlı mümkün addımları nəzərdən keçirə bilər. Toyuqlu pizza
Qeyd edək ki, yayılan məlumata əsasən, Gürcüstanda son bir ildə benzinin qiyməti 30 faizdən çox, dizel yanacağının qiyməti isə 55 faizdən çox artıb. Dizelin bahalaşması sürücülər və sahibkarlarla yanaşı, daşınma xərcləri vasitəsilə gündəlik istehlak mallarının qiymətlərinə də təsir göstərir.
Telegram kanalımız