“Qorxan adam səhnəyə çıxmasın, gedib dombalaq aşsın”   – Tahir İmanov + Video

saytların hazırlanması

Evə çatdırılma

“Qorxan adam səhnəyə çıxmasın, gedib dombalaq aşsın” – Tahir İmanov + Video

Şou

08 İyun 2020 15:49 1437


“Planet Parni iz Baku”nun tanınmış aktyoru Tahir İmanov AzTV telekanalının “Ağ-qara” verilişinin qonağı olub. 

Yenisabah.az xəbər verir ki, aktyor “Planet parni iz Baku”ya qoyulan qadağalardan danışıb: “Qadağa qoydular, biz beş il səbr etdik. 10 il bundan əvvəlki konsertləri izləyib gördüm ki, bizim satira sərtləşdi. Tamaşaçılarımız bizə sual verirdilər: “Qorxmursunuz?” Bu suala yeganə bir cavab var: “Xeyr, qorxmuruq”. Əgər qorxsaq, o zaman gərək səhnəyə çıxmayaq, “dombalaq aşaq”. 

Əməkdar artist qeyd edib ki, o, qadağaların qoyulacağını əvvəlcədən duyub: “Hiss edirdim ki, bizə qadağa qoymaq istəyirlər. Özəl telekanallardan birinin rəhbəri məni dəvət edib söylədi ki, müasir yumoristlərlə ayaqlaşmaq lazımdır. O insan və ətrafı yumoru, satiranı anlamır. Bir anlıq “Müasir yumoristlərlə ayaqlaşmaq” fikrini təsəvvürümə gətirdim. Başa düşürsünüz də burada söhbət hansı yumoristlərdən gedir? “Dombalaq aşanlardan”… Həmin anda “Yox” cavabını verdim. Söylədim ki, bu alınmayacaq. Çünki əgər biz bunu etsək, çempion adımızın üzərinə xətt çəkmiş olacağıq”.  pizza sifarişi

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!