“Rusiya sülhməramlılarının vəzifəsi Laçın dəhlizi üzərindən sərbəst hərəkət etmək idi”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Rusiya sülhməramlılarına gəlincə, Xankəndidə mövcud olan gözləntilər özünü doğrultmur. Problemlərdən biri də odur ki, Laçın dəhlizinin bağlanması çox ciddi nüansdır. Noyabrın 9-da üçtərəfli bəyannaməyə əsasən, Azərbaycanın Laçın dəhlizində iştirakı nəzərdə tutulmayıb və Laçın vasitəsilə sərbəst hərəkəti təmin etmək sülhməramlıların vəzifəsi olub. Bu gün belə bir hərəkət yoxdur və bizim gözləntimiz sülhməramlıların öz missiyasını tam şəkildə yerinə yetirmələridir”, - Qriqoryan söyləyib.
Telegram kanalımız