Qubada kişi otbiçən mişarla qadına hücum edib   - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat

Hadisə

09 Oktyabr 2026 23:11 116


Qubada qonşular arasında mübahisə qanlı hadisə ilə nəticələnib.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.

45 yaşlı Yusif Nəzərov ilə bağ qonşusu Nəzakət (şərti ad - red.) arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və Yusif əlindəki otbiçən mişarla qadına hücum edərək onun əlini kəsib. Pepperoni pizza

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəllər bağ qonşusu Nəzakətlə münasibətləri normal olub. Lakin sonradan torpaq məsələsinə görə aralarında mübahisələr yaranıb. O, sonuncu mübahisənin iki-üç dəqiqə davam etdiyini və həmin vaxt otbiçən mişarla Nəzakətin əlinə xəsarət yetirdiyini deyib.

Yusif Nəzərov zərərçəkmiş qadınla barışdığını bildirib. Qadın da qonşusundan şikayətçi olmadığını qeyd edib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Yusif Nəzərov məsuliyyətdən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!