Qubada “Türkiyə-Azərbaycan Qardaşlıq Parkı“nın inşasına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qubada “Türkiyə-Azərbaycan Qardaşlıq Parkı“nın inşasına başlanıldı

Sosial

17 Aprel 2021 13:19 564


Qubada "Türkiyə-Azərbaycan Qardaşlıq Parkı"-nın tikintisinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, park Quba şəhəri Əliqulu Nərimanov küçəsində inşa olunur.

Parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb cəlb olunub. Dizayn işləri isə MÜSİAD (Müstakil Sanayici ve İşadamları Derneği) Azərbaycan təşkilatı tərəfindən aparılıb. pizza hut

Parkda simvolik olaraq Azərbaycan və Türkiyənin bayraqlarındakı ulduz və ayparalar tikintidə tətbiq olunacaq.

Tikinti meydançasına gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, MÜSİAD Azərbaycan İdarə heyətinin üzvü Murad Eroğlu, layihənin memarları və parkda ucaldılacaq simvolik heykəlin heykəltəraşı görüləcək işlər barədə məsləhətləşmələr aparıblar.

Qeyd edək ki, parkın açılışı Ulu öndərin doğum gününə planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!