Qüdrət Həsənquliyev Cəbrayılda görülən işləri tənqid etdi: “Həmin pulla...”  

saytların hazırlanması

Evə çatdırılma

Qüdrət Həsənquliyev Cəbrayılda görülən işləri tənqid etdi: “Həmin pulla...”  

Sosial

27 Yanvar 2024 10:32 12532


“Qarabağda quruculuq-abadlıq işlərinin aparılması yaxşı haldır. Amma bu prosesə beynəlxalq təşkilatları, xarici donorları qoşmamağımız təəssüf doğurur. Yalnız büdcə vəsaiti hesabına bu işləri görmək böyük xərc tələb edir”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri prezidentliyə namizədlərin ötən gün İTV-də keçirilən debatında Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev deyib.

Prezidentliyə namizəd Qarabağda tikinti işləri aparan şirkətlər üzərində ictimai nəzarətin vacibliyini vurğulayıb:  pizza sifarişi

“Tez-tez şikayətlər olur. Ötən gün Cəbrayılın dronla çəkilmiş şəkli yayılıb. Orada aparılan işlər narazılıqla qarşılanır. İnsanlar daha rahat, geniş, zövqlü mənzillərdə yaşamaq istəyirlər”. 

Prezidentliyə namizəd "ağıllı kənd" konsepsiyasını tənqid edib. Onun sözlərinə görə, kənddə yaşayan insanın təsərrüfatla məşğul olmasına, toyuq-cücə saxlamasına mane olmaq doğru qərar deyil. 

“Kəndli təsərrüfatla məşğul olmalı, ilkin ehtiyaclarını özü ödəməlidir. Kəndli istədiyi evdə yaşamalıdır. Bu gün Qarabağda tikintiyə ayırılan pulu qarabağlılara versəydilər, onlar həmən pulla daha yaxşı evlər tikərdilər. Niyə hamı eyni görünüşdə olan evlərdə yaşamalıdır? Bəlkə birinin imkanı var və daha geniş mənzillərdə yaşamaq istəyir. Bu adamların əl-qolunu başlamaq düzgün deyil. İş adamlarını bölgəyə cəlb etmək, onlara güzəştli imkanlar yaratmaq lazımdır. Ümumiyyətlə bu işlər görülərkən ciddi ictimai nəzarət olmalıdır”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fariz Əhmədli
    Bunu Milli Meclis dile getirmelidir ölkədə tek hakimiyyətlilik olduğu üçün bele absurd qerarlar verilir. Biz demirik ki inqilab edək İlham Əliyevi devirek.Yox qətiyyən.Sadece demokratik bir cəmiyyət qursun Maddi rifah yaxşılaşsin.Bugun o qədər xərc çəkilir.Amma boşuna olacaq bunu zaman gösterecek.Her kese imkan verin gedib orda evini özü tiksin Kimin imkanı var daha böyük ərazidə tiksin.Meshur kinoda deyildiyi kimi : Bu kino dör.Agilli kəndle iş olmaz.Ords yaşayan kəndli heyetinde təsərrüfat istəyir.Butun bunları görmemek üçün kor olmaq lazımdı.
    2 years ago