Qüdrət Həsənquliyev Tahir Kərimlini spikerə şikayət etdi -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Qüdrət Həsənquliyev Tahir Kərimlini spikerə şikayət etdi - SƏBƏB

Siyasət

24 Aprel 2020 19:03 1444


Milli Məclisin bugünkü iclasında deputat Tahir Kərimli Qarabağ haqqında danışarkən emosional çıxış etməsi və səsini ucaltması diqqət çəkib. 

Yenisabah.az xəbər verir ki, bir müddət sonra Qüdrət Həsənquliyev spikerə səslənib və ucadan danışan deputatlara xəbərdarlıq edərək sakitləşdirməsini xahiş edib:

"Bəzən mən də emosional çıxış edib səsimi ucalda bilərəm. Belə olarsa, mənə də xəbərdarlıq edin".  pizza sifarişi

Tahir Kərimli isə ucadan danışdığı üçün üzr istəyib: "İntizam Komissiyasının mənim haqqımda verəcəyi istənilən cəza ilə razıyam. Mən hər dəfə Milli Məclisə gələndə Şəhidlər Xiyabanının qarşısından keçirəm. Mənim bacım oğlu şəhid olub, orada yatır. Buna görə bu məsələdə emosional çıxış edirəm". /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!