“Qudurğanlıqdır, zəng etdim, 6500 qiymət dedi” - Samirə xalq artistini “yıxıb-sürüdü” -   Video

saytların hazırlanması

Evə çatdırılma

“Qudurğanlıqdır, zəng etdim, 6500 qiymət dedi” - Samirə xalq artistini “yıxıb-sürüdü” - Video

Şou

21 Dekabr 2019 14:30 5944


ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni, meyxanaçı Samirə Yusifqızı olub.

"Yeni Sabah" xəbər verir ki, müğənni qalmaqallı açıqlama ilə diqqət mərkəzinə düşüb. O, xalq artisti Miri Yusiflə bağlı bunları deyib:

“Mən şəxsən özüm Miri Yusifə zəng etdim. Onu yarım saat istəyirdilər. Qiymət 6500 dedi və birinci restoranın adını və ünvanı soruşdu. Dedim nə fərqi var? Dedi fərqi çoxdur, aşağı səviyyəli restorana getmirik”. Dominos pizza

Samirə Yusifqızı özünü üstün tutan müğənnilərə ismarıc göndərib:

“Heç kim, heç kimdən aşağı və yuxarı deyil. Hərə öz sahəsinin mütəxəssisidir. Sadəcə olaraq bizim incəsənətimizdə insanları aşağı, orta və yuxarı katiqoriyalara bölüblər. Mən heç kimdən qorxmuram və çəkinmirəm. Sözü üzə deyənəm. Bu qudurğanlıqdır. 15-20 min pulu aparıb, müğənniyə verməkdənsə 3-5 min verib bir kasıbın əlindən tutmaq olmazmı? Həmin o 15 min alan müğənnilər hansı yetimə əl tutublar? ”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!