Qumral hotellərə getdiyinə görə onu qınayanlara CAVAB VERDİ

saytların hazırlanması

Evə çatdırılma

Qumral hotellərə getdiyinə görə onu qınayanlara CAVAB VERDİ

Şou

14 Avqust 2026 15:46 241


Müğənni Qumral hotellərdə istirahət etməsinə cəmiyyətdə birmənalı yanaşılmamasına münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi oteldə qalmağın adi istirahət seçimlərindən biri olduğunu və bunun mənfi mənada qiymətləndirilməsinin doğru olmadığını deyib.

Qumral həyat yoldaşı ilə birlikdə istirahət məqsədilə hotellərə getdiyini, buna görə isə bəzən tənqid və təhqirlərlə qarşılaşdığını bildirib: pizza

“İstirahət mərkəzlərində otelə getdiyim üçün qınayıb təhqir edirlər. Otelə ərimlə gedirəm. Otel əxlaqsızlıq yuvası deyil ki, eyib sayılsın. Gözəl istirahət məkanlarında səviyyəli otellər var. Ailəmlə dincəlirəm, otelə gedirəm, gedəcəyəm də”.

Müğənninin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Qumralın mövqeyini dəstəkləsə də, bəzi istifadəçilər məsələ ilə bağlı fərqli fikirlər səsləndiriblər.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!