Qurban kəsdiyi üçün haqqında cinayət işi açılan azərbaycanlı belə cəzalandırıldı

Qurban kəsdiyi üçün haqqında cinayət işi açılan azərbaycanlı belə cəzalandırıldı
Noy 20, 2019 17:16
Oxunma sayı: 304

Qoyun başı kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Lütfulla Rzayev Rusiyadan deportasiya edilib.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib.

Buna baxmayaraq, o deportasiya edilib və 2022-ci ilin 19 noyabrına qədər, üç il müddətində Rusiyaya gələ bilməyəcək.

Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılmışdı.

 

Yenisabah.az