Müğənni Zamiq Hüseynov “Qarabağ”ın son oyunu ilə bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, o, instaqramın hekayə bölməsində video yayıb.
“Ağlım kəsəndən futbol azarkeşiyəm. Bu gün “Qarabağ”a olan haqsızlıq heç vaxt qarşıma çıxmayıb. Aldığımız qırmızı kart gülünc idi. İnanıram ki, bütün dünya hakimə güldü. 7-ci dəqiqədə vurulan qol, inanılmaz dərəcədə haqsızlıq idi. Fəxr edirəm ki, “Qarabağ” klubu Almaniya liqində zirvədə olan Leverkuzenin dizini yerə qoydu. pizza
Qurban Qurbanov, sizinlə fəxr edirik. Bu sevinci bizə yaşatdığınız üçün təşəkkür edirik. Dünyaya sübut etdiniz ki, “Qarabağ” böyük klubdur. Dünya futbolunda böyük haqsızlıq oldu”.
Telegram kanalımız