Qurban Yetirmişli: Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur

saytların hazırlanması

Evə çatdırılma

Qurban Yetirmişli: Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur

Sosial

22 May 2024 17:47 421


Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda 10 ballıq tektonik bölgələrin mövcud olduğunu deyib.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, o, bu barədə Bakıda keçirilən "Katastrofik risklərə qarşı dayanaqlı maliyyə sistemi" mövzusunda keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan 8-9 ballıq zəlzələ zonasına aiddir:

"Lakin Azərbaycanda 10 ballıq bölgələr də mövcuddur. Zəlzələnin baş verəcəyi ilə bağlı qısamüddətli proqnoz dünyada yoxdur, ortamüddətli və uzunmüddətli proqnozları isə əvvəldən vermək olur. 20 il ərzində ölkədə maqnitudası 1,5 və 3-dən yuxarı olan çoxsaylı zəlzələlər baş verib".

Baş direktor həmçinin vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində geofiziki tədqiqatlar aparılmayıb: "Torpaqlarımızın 30 il işğal altında olması ilə əlaqədar orada tədqiqatlar və araşdırmalar aparılmayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!