Qurban Yetirmişli: Seysmik mikrorayonlaşdırma işləri bu il başa çata bilər

saytların hazırlanması

Evə çatdırılma

Qurban Yetirmişli: Seysmik mikrorayonlaşdırma işləri bu il başa çata bilər

Sosial

15 May 2026 14:05 78


Seysmik mikrorayonlaşdırma işləri davam etdirilir. Ola bilər ki, işlər bu il başa çatsın, amma prosesin gələn ilə qalması da mümkündür. Bu, işin həcminin çox olması ilə bağlıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru professor Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonunda aparılan seysmik mikrorayonlaşdırmanın məqsədi ayrı-ayrı zonaların seysmik aktivliyini müəyyənləşdirməkdir. Bu da layihələndirmədə baza məlumatı üçün vacibdir: Dördpendirli pizza

"Odur ki, xəritəsiz hansısa bir fəaliyyətin icra edilməsi düzgün deyil. Çünki Azərbaycanda elə ərazilər var ki, seysmik aktivlik 8-9 ballıq qiymətləndirilsə də, həmin yerə daxil olan lokal sahələrdə aktivliyin 9-10 bal olduğu müəyyənləşdirilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!