Quru sərhədlər nə vaxt açılacaq? - Deputat elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Quru sərhədlər nə vaxt açılacaq? - Deputat elan etdi

Sosial

12 İyul 2023 09:41 28542


Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir.

Pandemiya başlayandan Azərbaycanın quru sərhədləri bağlı saxlanılır. Karantin rejimində virusla bağlı bəzi məhdudiyyətlər zaman-zaman aradan qaldırılsa da, quru sərhədlərlə bağlı verilən qərar 3 ildir dəyişmir. Bəs görəsən sərhədlərin açılması ilə bağlı yaxın gələcəkdə hansı addımların atılması gözlənilir?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Referans.az-a danışıb: Marqarita pizza

"Yaxın gələcəkdə sərhədlərin açılması gözlənilmir. Bunun hansı səbəbdən edildiyinin izahını vermək də çətindir. Çünki karantin dövrü bitib, ola bilsin ki, hansısa təhlükəsizlik səbəbindən belə addımlar atılır. Hər halda sərhədlərin açılması çox yaxşı olardı, çünki vətəndaşlar bu məsələdə böyük əziyyət çəkir. Xüsusilə xəstələr, tələbələr və müəyyən turistik məqsədləri olan vətəndaşlar üçün bu vacibdir. Əks halda böyük bir sıxıntı yaşanacaq. Mən hesab edirəm ki, bu istiqamətdə addımların atılması vətəndaşların vəziyyətini yüngülləşdirmiş olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!