Quru sərhədlərinin açılmasına bu qurum icazə vermir   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Quru sərhədlərinin açılmasına bu qurum icazə vermir - AÇIQLAMA

Sosial

17 İyun 2022 20:45 5979


Pandemiya bitmək üzrə olsa da, Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini hələ açmır. Bu isə həm Azərbaycandan kənara çıxmaq istəyən insanlara, həm də ölkəyə gələn turistlərə müəyyən çətinliklər yaradır. Bir çox insanlar isə hətta quru sərhədlərinin açılmasına əngəl kimi məhz “AZAL”ı görür. Hər bir halda insanlar quru sərhədlərinin niyə açılmadığını öyrənmək istəsə də, aidiyyatı qurumlar bu suala tutarlı cavab vermirlər.

Yenisabah.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, təəssüfedici məqam ondan ibarətdir ki, dövlət orqanları bu məsələyə münasibət bildirmir: “AZAL-ın ölkənin bütün quru sərhədlərini qapalı saxlayacaq qədər böyük səlahiyyətlərə malik bir qurum olduğunu düşünmürəm. Digər tərəfdən də AZAL hazırda əvvəlki kimi təkcə Cahangir Əsgərovun nəzarətində deyil. Ona görə də, AZAL-ın bu məsələdə əngəl olacağını demək çətindir”.

Ekspertin fikrincə Azərbaycanın səhiyyə sahəsinin rəhbərlərinin müəyyən pessimist gözləntiləri var: “Onlar belə məsləhət görüblər ki, vəziyyət tam aydınlaşmayana kimi quru sərhədləri açılmasın. Təyyarə ilə ölkəyə giriş-çıxışın olması haqda sual yarana bilər. Aydındır ki, təyyarə ilə çox adam gedib-gəlmir. Başqa cür əsaslandırmaq olmur. Hesab edirəm ki, müəyyən bir qorxu var”./Konkret.az pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!