Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR –   Deputat açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Deputat açıqladı

Sosial

13 Noyabr 2023 10:51 49344


“Quru sərhədlərin bağlı qalması həm vətəndaşlarımıza, həm də bir çox sahələrə mənfi təsir göstərir”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, hər kəs bu qərarda dəyişiklik olmasını istəyir: Toyuqlu pizza

“Quru sərhədlərinin hələ də bağlı qalması vətəndaşlarla bərabər təbii ki, bizi də çox narahat edir. Yüzlərlə insan quru sərhədlərinin açılması yönündə tədbirlər görülməsini tələb edir. Bu da başa düşülən bir məqamdır. Artıq 3 ilə yaxındır ki, quru sərhədləri bağlıdır. Bu müddətdə insanlar həm iqtisadi, həm də sosial cəhətdən müəyyən çətinliklərlə üzləşir. Hazırda müxtəlif qonşu ölkələrdə olan vətəndaşlarımız var ki, ölkəyə gələ bilmirlər. Xaricdə təhsil alan tələbələrimiz əziyyət çəkir. Bir çox şəxslər quru sərhədləri vasitəsilə qonşu ölkələrə müalicə məqsədilə səfərlər edirdilər. Hazırkı vəziyyət ucbatından bu imkandan məhrum olublar”.

Deputat qeyd edib ki, quru sərhədlərinin bağlı qalması turizminə ciddi zərər verir:

“Lokal antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam bərpa edib. Artıq ölkəmizə qarşı müəyyən təhlükələr aradan qaldırılıb. Bu baxımdan əminəm ki, gələn ildən quru sərhədlərinin bağlı qalması ilə əlaqədar olaraq Nazirlər Kabinetinin mövcud qərarı uzadılmayacaq. 

Birmənalı olaraq, bütün vətəndaşların istəyi məhz bundan ibarətdir. Hər kəs artıq əvvəlki həyatına qayıtmaq istəyir. Çünki bu məsələnin öz həllini tapması yenidən yüz minlərlə ailənin kiçik ticarətlə məşğul olmaqla öz ailəsininin maddi ehtiyacını ödəməsinə şərait yaradacaq”. 

Razi Nurullayev bildirir ki, dekabr ayında quru sərhədlərlə bağlı qərarda yenilik gözləniləndir:

“Quru sərhədlərinin bağlı olması qonşu ölkələrdən gələn turistlərin də sayının azalmasına təsir edib. Təbii ki, bu da müxtəlif xidmət sahələrində mövcud olan iş yerlərinin azalmasına səbəb olub. Bu da öz növbəsində turizm sektoruna bir çox zərər verir. 

Sadalanan səbəblərə görə düşünürəm ki, bu qərar uzadılmayacaq. Hətta bunun üçün nəinki yanvar ayını gözləmək lazımdır, hətta dekabrın əvvəllərindən bu cəhətdən dəyişiklik etmək yaxşı olar. Belə olduqda vətəndaşlarımız da rahat nəfəs alıb, öz kasıb həyatlarını yaşaya bilərdilər”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azad
    Bu gun 1 yanvar 2024 hele bu haqda hecne xeber yokdu men inanmiram acila amma acilsa cok sevinirem
    2 years ago
  • Elmaddin
    Derhal acilmalidi. Guyaki quru serhedler acilan kimi elimi yaga bala batacaq.Onsuzda acilmalidi her terefli belimizi qiriblar herseyin olkeye getirilmesine maine olunur manapolya buruyub olkenin.
    3 years ago
  • Hüseyn
    Sərhədlərin bağlı olması kimlərinsə cibini doldurdu.
    3 years ago
  • Revan
    Inwallah acilar xeyirlisi nedirse oda olsun eminemki dovletimiz duzgun qerarlar uzerinde hereket edirler var olun
    3 years ago
  • Sücarət
    Salam hörmətli həmvətənlərim sərhədlərin bağlı olması bizim xeyrimizə oldu ki bizim ölkəyə əcnəbi terrorçular daxil ola bilmədi.
    3 years ago
  • Fazil
    BÜTÜN DÜNYADA PONDEMİYA BAŞA ÇATIB, ANCAQ AZƏRBAYCANDA HÖKÜM SÜRÜR. ERMƏNİLƏR DÖVLƏT SƏRHƏDDİN KEÇİB QARABAĞA GƏLƏ BİLİR, BİZ DÖVLƏT SƏRHƏDDİN KEÇİB QURU YOLLA MÜALİCƏYƏDƏ GEDƏ BİLMİRİK, BU FACİƏDİR !
    3 years ago
  • Ismayil Memmedov
    Razi Nurullayeve demek isteyiremki, quru serhedleri dovlete xaricden gelen tehlukelere qarwi yox mehz pandemiyaya gore baglanmiwdir. Pandemiya da olmadigina gore bu qerar coxdan aradan qalxmali idi. Amma hamiya melumdurki hele de bagli qalmasinin sebebi pandemiya veya dovlet tehlukesizliyi yox mehz tekce hava yolu ile gediw geliwle daha cox gelir elde edilmesidir... Ehali hec duwunulmur.... Onlarin vecine deyil turizim ve sair.
    3 years ago
  • Elnur
    Artist yigini quru serhed baglanmagini bezi biznes isiyle mesqul olanlara serf edir ve hava yollaari ucun bu boyuk isdi hemde bahadi hava yollariyla yuksek qazanc elde etmek olur tebibi bir yemeye devet et ve dene sen canin al bunu birazda teklif ele artiraq karantini hami cox gozel bilir
    3 years ago
  • Mirzə
    SALAM HÖRMƏTLİ NÜMAYƏNDƏLƏR, SİZİN BU PAYLAŞDIĞINIZ MƏLUMAT TAMAMİLƏ SƏHVDİR.ONU BİLİNKİ QURU SƏRHƏDLƏRİN BAĞLI QALMASININ SƏBƏBİ ODUR Kİ TƏYYARƏ ŞİRKƏTİ ÇOX GƏLİR ƏLDƏ ETSİN ZİYANS İŞLƏMƏSİN SƏHV MƏLUMATLAR PAYLAŞMAYIN.BU MƏSƏLƏ 3İL DAVAM EDƏCƏK.YALANDAN MƏLUMAT PAYLAŞMAYIN.
    3 years ago