Quşçuluq sektorunda istehsal və ixrac imkanları genişlənir

saytların hazırlanması

Evə çatdırılma

Quşçuluq sektorunda istehsal və ixrac imkanları genişlənir

Sosial

04 Avqust 2026 18:03 83


Azərbaycanda quşçuluq sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin keyfiyyətli məhsullarla təmin edilməsi və qeyri-neft ixracının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. 

"Yeni Sabah" xəbər verir ki, hazırda ölkəmizdən dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsullar, o cümlədən quşçuluq məhsulları ixrac edilir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkədə süfrə yumurtasına olan daxili tələbat tam təmin edilir və ixrac üçün kifayət qədər istehsal potensialı mövcuddur. Azərbaycan 2024-cü ildə yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib və bu status mütəmadi epizootoloji monitorinqlər nəticəsində qorunub saxlanılır. Pepperoni pizza

AQTA rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda istehsal olunan süfrə yumurtası ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac edilir. Bununla yanaşı, Çin Xalq Respublikasına ixrac ilə bağlı müvafiq razılıq əldə olunub və hazırda texniki hazırlıq işləri görülür.

Dövlət tərəfindən göstərilən dəstək nəticəsində ölkədə quş əti və yumurta istehsalı davamlı şəkildə artır, daxili bazarın tələbatı etibarlı şəkildə ödənilir və quşçuluq sektorunun ixrac potensialı daha da genişlənir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!