“Rabitəbank” 10 milyon manat borca girir

“Rabitəbank” 10 milyon manat borca girir

İqtisadiyyat Veb saytların hazırlanması

28 Sentyabr 2023 08:57 967


“Rabitəbank” ASC 10 milyon manat həcmində istiqraz buraxır. 

“Yeni Sabah”ın məlumatına görə, "Bakı Fond Birjası"nın (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank”ın 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Nominal dəyəri 100 manat olan 100 min ədəd istiqraz 9,5% dərəcəsi ilə 2 il müddətində tədavüldə olacaq.  İstiqrazlar üzrə ödənişlər rübdə bir dəfə həyata keçiriləcək. 

Qeyd edək ki, istiqrazların yerləşdirilməsi BFB-də rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!