"Ukraynada taktiki nüvə silahı tətbiq olunarsa, bunun Azərbaycana təsiri olmayacaq".
Bunu Yenisabah.az-a açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa Diaqnostika şöbəsinin müdiri Aydın Əliyev deyib.
O, 24 fevraldan etibarən başlayan Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhəlisində nüvə silahının tətbiq olunacağına bədbin yanaşır. pizza sifarişi
"Rusiya prezidenti Vladimir Putinin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. Hazırda 2 növ nüvə silahı var. Onlardan biri taktiki, digəri isə strateji əhəmiyyətlidir.
Taktiki nüvə silahı nisbətən kiçik radiusla, yəni onlarla kilometr miqyasda təsir göstərir. Söhbət hazırda bu silahın tətbiqindən gedir”.
A. Əliyevin sözlərinə görə minlərlə kilometr təsir dairəsinə malik nüvə silahının istifadəsi isə qeyri-mümkündür:
“Rusiya təsir dairəsi geniş olan nüvə silahından istifadə edərsə, ilk növbədə, özü bir sıra fəsadlara məruz qalacaq. Çünki Ukrayna və Rusiya arasında elə də ciddi məsafə fərqi yoxdur. Əgər təsir dairəsi zəif nüvə silahından istifadə edilərsə, bu halda Azərbaycan üçün ciddi bir təhlükə olacağını zənn etmirəm. Ümid edirəm ki, Ukraynanın özü də nüvə silahının dağıdıcı təsirlərinə məruz qalmayacaq”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız