16 Avqust - 11:15
Raffi Ovannisyan: “Vəziyyət dəyişməsə, növbəti dəfə təslim olacağıq“

Raffi Ovannisyan: “Vəziyyət dəyişməsə, növbəti dəfə təslim olacağıq“

Bölgə

05 Avqust 2022 16:03 784


"Vəziyyət dəyişməsə, sentyabrın 2-də ərazilərimizin və qurbanlarımızın növbəti dəfə təslim edilməsi baş verəcək".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu İrs Partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovannisyan deyib.

Onun fikrincə, hökumətin iclasları zamanı Bakıya mesajlar göndərilməkdə davam edərsə, o zaman Ermənistanın suverenliyi təhlükə altına düşəcək, ərazi bütövlüyü pozulacaq.

“Bu hakimiyyətlə ya yarımçıq bir sülh, ya da məcburi müharibə olacaq. Paşinyan deyib ki, baş verənlər təbiidir: Vətənin təslim olması, 4000 qurban...”

Raffi Ovannisyan qeyd edib ki, nəyə görə Qarabağa girişinin qadağan olunduğunu bilmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!