Raket zərbəsi elektrik xəttində qəzaya səbəb olub

saytların hazırlanması

Evə çatdırılma

 Raket zərbəsi elektrik xəttində qəzaya səbəb olub

İqtisadiyyat

17 Oktyabr 2020 13:27 877


Oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələrinin raket zərbələri nəticəsində Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib.

“Azərenerji” ASC-dən Yenisabah.az-a verilən məlumatda bildirilir ki, Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəzaya səbəb olub.

24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.   pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!