Ramazanın iyirmi səkkizinci gününün   - imsak, iftar vaxtı və duası

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın iyirmi səkkizinci gününün - imsak, iftar vaxtı və duası

Din

17 Mart 2026 19:05 2776


Sabah Ramazan ayının iyirmi səkkizinci günüdür.

“Yeni Sabah” xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 18-si Bakıda imsak vaxtı saat 05:21, iftar isə 19:05-ə təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr: Dominos pizza

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

İyirmi səkkizinci günün duası:

İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et. İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər. Sənə yetmək üçün seçdiyim yolu özünə yaxın et. Ey israr edənlərin öz təkidləri ilə məşğul edə bilmədikləri Allah!

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!