Ramiz Əzizbəylinin səhhətindən son XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Əzizbəylinin səhhətindən son XƏBƏR

Sosial

07 İyun 2021 13:00 959


Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.

Sənətçinin qızı Xədicə Əzizbəyli "Report"a açıqlamasında bildirib ki, atasının vəziyyəti stabil-ağır olaraq qalır.

“Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, - o deyib. pizza

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!