Ramiz Mehdiyevin bank biznesinə ikinci zərbə

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin bank biznesinə ikinci zərbə

İqtisadiyyat

01 Oktyabr 2026 15:25 89


Azərbaycan Mərkəzi Bankı “T-Kredit” BOKT-un lisenziyasını ləğv edib.

"Yeni Sabah" ölkə.az-a istinadla xəbər verir ki, bank olmayan bu qurum Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.

“T-Kredit” MMC “Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını dəyişərək BOKT-a çevrilməsi nəticəsində yaranıb. ASC-nin lisenziyası isə cari ilin iyulun 27-də ləğv olunub. Dominos pizza

"Bank BTB"nin əsas səhmdarı 76,7% payla Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17,7%) və Tükəzban Mahmudova (5,6 %) olub.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində onun barəsində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!