Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq?

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq?

Siyasət

17 Oktyabr 2026 09:00 849


Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qərarı ilə Ramiz Mehdiyev partiya sıralarından xaric edilib və Veteranlar Şurasının tərkibindən çıxarılıb. 

YAP-ın dünən baş tutan iclasında həmçinin Ramiz Mehdiyevin təltiflərindən məhrum edilməsini təklif edilib.

“Yeni Sabah” xəbər verir ki, siyasi fəaliyyətə Sovet dövründə başlayan Ramiz Mehdiyev uzun illər Azərbaycan Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrini icra edib.  pizza mizza

Dövlət qulluğunda və elmi fəaliyyətindəki xidmətlərinə görə Ramiz Mehdiyev müxtəlif dövrlərdə ölkənin ən ali dövlət mükafatlarına layiq görülüb.

O, 2008-ci ildə "İstiqlal", 2013-cü ildə "Şərəf", 2018-ci ildə "Şöhrət" və 2019-cu ildə "Heydər Əliyev" ordenləri ilə təltif edilib.

Bununla yanaşı, o, Sovet dövründə iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və "Şərəf Nişanı" ordeninə layiq görülüb.

Beynəlxalq səviyyədə isə Rusiya Federasiyası tərəfindən "Dostluq" (2008) və "Şərəf" (2018) ordenləri ilə mükafatlandırılıb.

R.Mehdiyev son olaraq, 2021-ci ildə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdü.

2025-ci ilin oktyabr ayında o, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa yönələn əməllər) maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, dövlət təltiflərindən — orden, medal və fəxri adlardan məhrumedilmə xüsusi hüquqi prosedur və strict tənzimləmə çərçivəsində həyata keçirilir. Konstitusiyaya və "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna uyğun olaraq, dövlət mükafatlarını təsis etmək, təqdim etmək və ya onları ləğv etmək müstəsna olaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə daxildir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!