“Ramiz Mehdiyevlə bağlı mənim adımdan yayılan fikirlər uydurmadır” - Anar

saytların hazırlanması

Evə çatdırılma

“Ramiz Mehdiyevlə bağlı mənim adımdan yayılan fikirlər uydurmadır” - Anar

Sosial

21 Fevral 2022 14:55 1239


Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən istefası ilə bağlı məsələyə sosial şəbəklərdə onun adından yayılan fikirlərin uydurma olduğunu bildirib.

“Mən Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən istefası ilə əlaqədar heç bir mətbuat orqanına, heç bir sayta, heç bir jurnalistə fikir bildirməmişəm. Mənim adımdan bununla bağlı sosial şəbəkələrdə yayılan fikirlər uydurmadır. Görünür, bu uydurma kiməsə Anara qarşı növbəti təxribat üçün lazım imiş”, – deyə Xalq yazıçısı “525”ə açıqlamasında vurğulayıb. 

Qeyd edək ki, son günlər sosial şəbəklərdə yayılan xəbərlərə görə, Xalq yazıçı Anar akademik Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsindən istefası məsələsinə mövqeyini açıqlayıb və guya ki, Ramiz Mehdiyevin vəzifədən vaxtında getməli olduğunu deyib. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!