Ramiz Mehdiyevlə bağlı TƏCİLİ MƏLUMAT yayıldı - Deputat həbs olunan kimi...

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevlə bağlı TƏCİLİ MƏLUMAT yayıldı - Deputat həbs olunan kimi...

Sosial

03 Avqust 2021 21:23 90552


“Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur”.

Yenisabah.az xəbər verir ki, bu barədə AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb. 

Məlumatda deyilir ki, millət vəkilinin AMEA prezidentinin dəstəyi ilə deputat mandatı alması haqqındakı fikirlər absurddur: “Görünən odur ki, bəzi maraqlı dairələr gündəmi dəyişmək, sensasiya yaratmaq və diqqəti ölkənin taleyüklü məsələlərindən yayındırmaq üçün cəmiyyətdə baş verən bütün xoşagəlməz hadisələri hər vəchlə AMEA prezidentinin ayağına yazmağa, onunla bağlamağa cəhd göstərirlər”. Dördpendirli pizza

Xatırladaq ki, adıçəkilən sabiq deputatın gündəmə gəldiyi daha bir məsələ onun keçmiş PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy mərasimində iştirak etməsi ilə bağlıdır. Bildirilirdi ki, E. Səlimovun deputat mandatı qazanmasında AMEA prezidenti R. Mehdiyevin böyük dəstəyi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!