Ramiz Zeynalovun baş həkim olan qardaşı məhkəmə qarşısında

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Zeynalovun baş həkim olan qardaşı məhkəmə qarşısında

Kriminal

18 Sentyabr 2020 19:37 3569


Generalın baş həkim olan qardaşı cavabdeh qismində məhkəmə qarşısına çıxarılacaq.

Yenisabah.az xəbər verir ki, Məmmədov Sərxan İsa oğlu maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı "3 nömrəli şəhər klinik xəstəxanası" publik hüquqi şəxsin baş həkimi Fikrət Zeynalovu və həkim Apayev Elşən Çingiz oğlundan Sabunçu Rayon Məhkəməsinə şikayət edib. Bu gün hakim Anar Rzayevin sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçirilib və növbəti proses oktyabr ayının 10-na təyin olunub.

Qeyd edək ki, baş həkim Fikrət Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.  /Unikal.org Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!