Ramzan Kadırov istefa verməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırov istefa verməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Rəsmi

20 Yanvar 2020 15:25 1625


Çeçenistanın dövlət başçısı Ramzan Kadırov başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin yalan olduğunu açıqlayıb.

"Yeni Sabah" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Rusiya Prezidentinin köməkçisi təyin edilməsi ilə bağlı bəzi Rusiya KİV-ləridə yayılan məlumatlara cavab olaraq bu barədə danışıb.

Kadırov bildirib ki, məmurlardan kimsə bir-iki gün efirdə görünmədikdə onun haqqında şayiələr yaranır.

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan dövlət başçısının və hökumətin saytında R. Kadırovun "müvəqqəti əmək qabiliyyətini itirdiyi" təqdirdə vəzifələrinin icraçısının nazir Muslim Xuçiyevə keçməsi ilə bağlı Sərəncam dərc olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!