Rayonlara leysan yağış yağıb - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara leysan yağış yağıb - Faktiki hava

Sosial

13 İyul 2024 10:58 536


İyulun 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, iyulun 13-ü saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb. 

Düşən yağıntının miqdarı Naxçıvan, Balakən, Şəmkir, İsmayıllıda 1 mm-dək olub.  Dominos pizza

Şimal-şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!