“Rayonlarda şəhidlərin məzarları baxımsız vəziyyətdədir“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Rayonlarda şəhidlərin məzarları baxımsız vəziyyətdədir“ - Deputat

Sosial

21 May 2021 16:44 853


“Şəhidlikdən böyük zirvə yoxdur. Bu daha neyləməlidir ki onun adına küçə, meydan verilsin? Şəhidin ordeni, medalı yoxdursa onun adına küçə verməmək ədalətli yanaşma deyil”.

Yenisabah.az xəbər verir ki, bunu deputat Elman Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. 

Onun sözlərinə görə, şəhidin yenisi, köhnəsi yoxdur:  Dominos pizza

“I Qarabağ müharibəsinin şəhidləri var. Onların rayon yerlərində məzarları var. Ancaq baxımsız vəziyyətdədir. İcra başçısından soruşursan ki həmin şəhid məzarını bir dəfə gedib görmürsənmi? İcra başçısı  deyir ki pulumuz yoxdur və.s. Ona görə bu məsələdə şəhidlər fərqləndirilməməlidir”.

Həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva da şəhidlərin adlarının əbədiləşdirilməsinin mühüm məsələ olduğunu təklif edib.  Həmçinin orden, medallarının ailələrə təqdim edilməsi məsələsinin sürətləndirilməsini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!