Rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

Sosial

09 İyun 2023 10:11 545


Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb. 

Bu barədə "Yeni Sabah"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, düşən yağıntının miqdarı Gəncədə 3 mm, Lerikdə 2 mm, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 mm-dək olub.  pizza hut

Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. 

Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 13-17 dərəcə isti, aran rayonlarında 29 dərəcəyədək isti olub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!