Rayonlarda yağış yağıb, Bakıda külək güclənib - FAKTİKİ HAVA 

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda yağış yağıb, Bakıda külək güclənib - FAKTİKİ HAVA 

Sosial

25 Avqust 2024 16:11 312


Saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. 

Yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.  pizza mizza

Göygöldə duman müşahidə olunub. 

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!