“Rayonların mədəniyyəti Bakının mədəniyyətindən qat-qat aşağıdır“   - Professor

saytların hazırlanması

Evə çatdırılma

“Rayonların mədəniyyəti Bakının mədəniyyətindən qat-qat aşağıdır“ - Professor

Sosial

26 Sentyabr 2022 14:00 8664


Yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyatın hərəkəti iflic olub. 

Paytaxtda əhalinin sayının artması, yollardakı tıxaclar və digər amillər köhnə təklifi yenidən gündəmə gətirdi: Universitetlər şəhərkənarı yerlərə və rayonlara köçürülsün! 

Qeyd edək ki, artıq bir neçə ildir, Bakı şəhəri ərazisində yerləşən universitetlərin regionlara köçürülməsi ilə bağlı təkliflər səslənir. Təklif müəllifləri hesab edirlər ki, paytaxtdakı bir neçə universitetləri regionlara, yaxud Xırdalan və Sumqayıt şəhərlərinə köçürməklə, Bakıda mövcud olan sıxlığın qarşısını almaq mümkündür. Pepperoni pizza

Universitetlərin regionlara köçürülməsi realdırmı?

Bu proses tədrisin keyfiyyətinə necə təsir edəcək?

Əməkdar elm xadimi, BDU-nun professoru Şahlar Əsgərov Yenisabah.az-a açıqlamasında bildirib ki, universitetlərin regionlara köçürülməsi yanaşması tamamilə yanlışdır:

“Əgər, bu problemi həll etmək istəyirlərsə, ilk növbədə, tıxacları aradan qaldırmaq lazımdır. Tutaq ki, biz universitetlərdən birini Şamaxıya köçürdük. Şamaxıda Axundov Kitabxanası, Milli Elmlər Akademiyasının Kitabxanası, Filarmoniya, Opera Teatrı varmı?!

Siz bu yolla sadəcə tələbələrin tıxac problemini həll edə bilərsiniz”.

Ş.Əsgərovun sözlərinə görə, o, tıxac problemi ilə bağlı bu məsələni dəfələrlə səsləndirib:

“Mikayıl Cabbarov təhsil naziri olan zaman bu fikri 20 nəfərin içində səsləndirmişəm. Tıxacların yaranmasının əsas səbəblərindən biri Bakı şəhərində yerləşən orta məktəblərin düzgün tənzimlənməməsidir. Məsələn, bir məktəbə tam əlverişli şərait yaratdıqları halda, digərinə yanaşma xoşagələn deyil. Buna görə də valideynlər məcburən uşaqlarını evə yaxın deyil, tam uzaqda yerləşən bir məktəbə yönləndirir”.

“Təhsil yalnız bilik deyil, həmçinin, mədəniyyət öyrədir. Rayonların mədəniyyəti Bakının mədəniyyətindən qat-qat aşağıdır. Buna görə də universitetləri rayonlara köçürmək doğru deyil” - o yekunlaşdırıb.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • yamen
    Professor düz deyir rayonlarda cırıq şalvar geymirlər.
    4 years ago