“Real Madrid” La Liqada növbəti qələbəsini qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Real Madrid” La Liqada növbəti qələbəsini qazandı

İdman

25 Sentyabr 2024 01:43 644


İspaniya La Liqasında yeddinci turun matçları keçirilir.

Yenisabah.az xəbər verir ki, son çempion "Real Madrid" doğma meydanda "Deportivo Alaves"i qəbul edib.

Matç meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Ançelottinin komandası son dəqiqələrə 3:0 üstünlüklə girib. Ancaq qonaqlar ev sahiblərini həyəcanlandırmağı bacarıblar. "Real Madrid" 85 və 86-cı dəqiqələrdə ardıcıl iki qol buraxsa da, qələbə hesabını qoruyub saxlamağı bacarıb - 3:2.

Bu nəticədən sonra "Real" 17 xalla turnir cədvəlində ikinci pillədədir. "Alaves" isə 10 xalla səkkizincidir. La Liqaya madridlilərdən bir oyun az keçirən, lakin bir xal çox toplayan "Barselona" başçılıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!