Regional Təhsil İdarəsindən məktəblilərin Şəkidə qəzaya düşməsi ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Regional Təhsil İdarəsindən məktəblilərin Şəkidə qəzaya düşməsi ilə bağlı AÇIQLAMA

Sosial

05 İyun 2022 22:08 1170


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, məlumat İdarənin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

“Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus bu gün Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir. Marqarita pizza

Qəza nəticəsində xəsarət almış şagird və müəllimlərə Allahdan şəfa diləyirik”, – deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!