Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.
Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və qazilər cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub. Bu müharibədə yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur. pizza sifarişi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərə yaxın qaziyə müxtəlif əlillik dərəcəsi verilib.
Şəhid ailəlıri və qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər də görülür, onlara dövlət hesabına mənzil və fərdi evlər, avtomobillər verilir.
Bu tədbirlərin davamı olaraq, ölkəmizin daha 24 rayonunda (Biləsuvar, Sabirabad, Zərdab, Salyan, Beyləqan, Ağsu və s.) 60 fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim olunub.

Biləsuvar rayonunda şəhid ailələri və müharibə əlillərinə yeni fərdi evlərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov təqdim ediblər.
Qeyd olunub ki, xalqımıza möhtəşəm Zəfər sevinci bəxş edən qəhrəman şəhidlərimizin ailələrinə, müharibədə sağlamlıqlarını itirmiş igid hərbi qulluqçularımıza daim xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsi, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.
Bunun daha bir təsdiqi olaraq, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə dəfə genişləndirilib.
Bu gün ölkəmizin müxtəlif bölgələrində təqdim edilən 60 fərdi ev də daxil olmaqla şəhid ailələri və müharibə əlillərinə postmüharibə dövründə 3900, ümumilikdə ötən dövrdə 12900-dən çox mənzil və fərdi ev verilib.
Şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 900-dən çoxu təqdim edilib. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. Yeni fərdi evlərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız