Rəisi: Heç bir fitnə İran Azərbaycanı ilə Azərbaycan Respublikası arasında ayrılıq yarada bilməz

saytların hazırlanması

Evə çatdırılma

Rəisi: Heç bir fitnə İran Azərbaycanı ilə Azərbaycan Respublikası arasında ayrılıq yarada bilməz

Dünya

09 İyun 2023 14:31 1890


"Heç bir məkrli niyyət İran Azərbaycanı ilə Azərbaycan Respublikası arasında ayrılıq yarada bilməz".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu ölkənin Şərqi Azərbaycan vilayətində 2 günlük səfərdə olan İran prezidenti İbrahim Rəisi deyib.

O, çıxışı zamanı deyib: “Azərbaycan xalqı, təkcə İran Azərbaycanı deyil, bütün Azərbaycan xalqı, hətta bizim qonşu Azərbaycan xalqıdır. Onların sevgisi, sədaqəti və bağlılığı adi bağlılıq növü deyil. Heç bir məkr və fitnə ilə bu insanlar bölünə bilməz”. pizza

İ. Rəisi vurğulayıb: "Bu insanlarla o insanlar arasında heç bir şəkildə ayrı-seçkilik edilə bilməz, onların İslama bağlılığı ayrılmaz bir məsələdir, çünki insanlar dini və dəyərləri bütün varlıqları ilə sevirlər. 

Beləliklə, demək istəyirəm ki, Azərbaycan xalqının mesajı birlik və vəhdət mesajıdır, düşmənlərə qarşı müqavimət mesajıdır".

Bundan sönra o, bölgənin problemləri və onların həlli yollarından danışıb. İran prezidenti xüsusilə Təbrizin traktor zavodundan söz açıb:

"Camaat deyir ki, alıcılıq qabiliyyətimiz yoxdur, mən traktor zavodundan xahiş edirəm ki, əlverişli şərait yaratsın, satılan məhsulun ödənişi sonra həyata keçirilsin".

İran prezidenti bölgə əhalisinin xahişi ilə yol infrastrukturuna 300 milyard tümən vəsait ayrıldığını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!