“Avropa qitəsində müşahidə olunan Sahara və Şimali Afrika mənşəli anomal isti hava dalğaları, subtropik yüksək təzyiq qurşağının meridianal istiqamətdə şimala doğru kəskin genişlənməsinin (bloklayıcı antisiklonların) nəticəsidir. Sinoptik miqyaslı barik sahələrin konfiqurasiyasına əsasən, Avropanın hava şəraitini formalaşdıran bu zonal sirkulyasiya sistemləri transkontinental relyef və iqlim sədləri səbəbindən Azərbaycan ərazisinin barik sahəsinə birbaşa və sinxron təsir göstərmir.
Cənubi Qafqaz və Xəzər hövzəsinin iqlim rejimi əsasən Atlantik okeanı (Azor antisiklonu), Arktika hava kütlələri, Aralıq dənizi siklonları və cənub mənşəli termik depressiyaların (Ərəbistan və İran yaylası) qarşılıqlı təsiri altında formalaşır. Bununla belə, qlobal iqlim dəyişikliyinin ümumi qanunauyğunluqları regional makrosirkulyasiya proseslərini sürətləndirir”.
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib: Pepperoni pizza
“İyul və avqust aylarında cənub və cənub-şərq sinoptik trayektoriyaları boyunca kontinental tropik hava kütlələrinin intensiv adveksiyası gözlənilir. Bu proses, ölkə ərazisində regional termik maksimumların (isti dalğalarının) yaranmasına və bəzi rayonlarda mütləq maksimum temperatur göstəricilərinin qeydə alınmasına şərait yaradacaqdır.
Relyefin antropogen transformasiyası səbəbindən Abşeron yarımadasında və digər iri aqlomerasiyalarda “isti ada” effekti daha qabarıq özünü büruzə verəcəkdir. Aşağı albedo xüsusiyyətlərinə malik (günəş şüalarını intensiv udan) süni örtüklər (beton, asfalt) əhali tərəfindən hiss edilən effektiv temperaturun artmasına səbəb olacaqdır.
Xəzər dənizinin səth sularının temperaturunun artması (hidrotermik rejimin yüksəlməsi) dəniz akvatoriyasından buxarlanma (evaporasiya) intensivliyini maksimum dərəcəyə çatdıracaqdır. Sahilyanı zonalarda və yarımadada havanın nisbi rütubətinin yüksəlməsi nəticəsində güclü bürkü effekti formalaşacaq. Bu hal, insan orqanizminin təbii buxarlanma və termorequlyasiyanı (tərləmə vasitəsilə soyuma) məhdudlaşdıraraq biometeoroloji gərginlik indeksini artıracaqdır.
Yay mövsümünün ümumi quraqlıq xüsusiyyətinə baxmayaraq, yüksək termik fon relyefin şaquli zonallığı şəraitində güclü termik konveksiyaya (isti hava kütlələrinin şaquli istiqamətdə sürətlə yüksəlməsinə) təkan verəcəkdir”.
C.Hüseynov bildirir ki, Böyük və Kiçik Qafqazın dağlıq zonalarında cəbhə səthlərinin keçidi zamanı güclü konvektiv instabillik yaranacaq və topa-yağış buludlarının (Cumulonimbus) formalaşacağı, lokal xarakterli intensiv leysan yağışları, dolu düşməsi və ildırım-şimşək fəaliyyəti ilə müşayiət olunacağı, dağ çaylarında lokal sel və daşqın hadisələrinin aktivləşməsinə birbaşa zəmin yaradacağı ehimal edilir:
“Regional səviyyədə yüksək temperatur dalğaları, artan rütubət fonu və dağlıq ərazilərdə gözlənilən ekstremal konvektiv yağıntılar yay mövsümü ərzində həm əhalinin sağlamlığı, həm də kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması istiqamətində preventiv adaptasiya tədbirlərinin görülməsini zəruri edir”.
Telegram kanalımız