Rekord istilər gəlir – Azərbaycanla bağlı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Rekord istilər gəlir – Azərbaycanla bağlı XƏBƏRDARLIQ

Sosial

25 May 2026 13:45 126


Dünyanın müxtəlif meteoroloji mərkəzləri 2026-cı ilin yayının son illərin ən isti mövsümlərindən biri ola biləcəyi barədə xəbərdarlıq edir.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Musavat.com məlumat yayıb. Severe Weather-in proqnozlarına əsasən Avropa və Asiyada temperatur rekordlarının yenilənəcəyi ehtimal olunur. İqlim mütəxəssisləri bildirirlər ki, xüsusilə Avropada “istilik qübbəsi” adlanan atmosfer hadisələri uzunmüddətli və güclü isti hava dalğalarına səbəb ola bilər.

Son proqnozlara görə, Qərbi və Mərkəzi Avropada temperatur normadan 10-16 dərəcə yüksək ola bilər. Bəzi bölgələrdə 40 dərəcəyə yaxın istilər gözlənilir. Meteoroloqlar bunun həm iqlim dəyişikliyi, həm də okean sularının rekord dərəcədə isinməsi ilə əlaqəli olduğunu bildirirlər. pizza mizza

Mütəxəssislər vurğulayırlar ki, Avropa hazırda dünyanın ən sürətlə isinən qitələrindən biridir. Hesabatlarda son illərdə quraqlıq, meşə yanğınları və uzunmüddətli isti hava dalğalarının kəskin artdığı qeyd olunur.

Azərbaycana necə təsir edə bilər?

Sinoptiklərin fikrincə, qlobal istilik dalğaları Azərbaycandan da yan keçməyə bilər. Xüsusilə iyul və avqust aylarında Bakıda və aran rayonlarında temperaturun normadan yüksək olması ehtimal edilir. Bəzi günlərdə 40 dərəcəyə yaxın isti hava müşahidə oluna bilər.

Uzunmüddətli istilər su qıtlığı riskini artıra, kənd təsərrüfatına mənfi təsir göstərə, elektrik enerjisi sərfiyyatını yüksəldə bilər. Həmçinin yaşlılar və xroniki xəstəliyi olan insanlar üçün təhlükə yarada bilər.

Quraqlıq riskinin artması xüsusilə əkin sahələri üçün narahatlıq yaradır. Beynəlxalq proqnozlarda Şərqi Avropa və Qafqaz bölgəsində yay aylarında yağıntının azalması ehtimalı da vurğulanır.

Həkimlər isti havalarda günün ən qızmar saatlarında açıq havada uzun müddət qalmamağı, bol su içməyi və günvurma riskinə qarşı diqqətli olmağı tövsiyə edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!