Rektor Abel Məhərrəmovun yaxınını çıxarıb, öz qohumunu vəzifəyə gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Rektor Abel Məhərrəmovun yaxınını çıxarıb, öz qohumunu vəzifəyə gətirdi

Sosial

23 Sentyabr 2021 13:20 938


Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Tədrisin Təşkili və İdarə Olunması Mərkəzinin direktoru vəzifəsinə öz qohumunu təyin edib.

Bu barədə Qaynarinfo məlumat yayıb. Bildirilib ki, bir müddət əvvəl rektorun müvafiq əmri ilə BDU-da Tədris Departamenti və Tədris Elektron Mərkəzi birləşdirilib. Əvəzində Tədrisin Təşkili və İdarə Olunması Mərkəzi yaradılıb.

Mərkəzin direktoru vəzifəsinə BDU-da tədris hissə müdiri, rektorun qohumu Elçin Məmmədov təyin olunub.  Pepperoni pizza

Tədris Departamentin və Tədris Elektron Mərkəzinə bundan əvvəl sabiq rektor Abel Məhərrəmova yaxınlığı ilə tanınan Qurbanova Məlahət Müsrət qızı rəhbərlik edib.

BDU-nun mətbuat xidmətindən isə Oxu.Az-a bildirilib ki, sözügedən mərkəz 2019-cu ildə yaradılıb: “Elçin Məmmədov 2000-ci ildən BDU-da çalışır, laborant, baş laborant, müəllim, sektor müdiri, şöbə müdiri işləyib, 2019-cu ildən isə Mərkəzin direktorudur. Rektorla hər hansı qohumluğu yoxdur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!