“Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“

saytların hazırlanması

Evə çatdırılma

“Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“

Şou

14 Aprel 2021 13:21 1077


"Nə Rəmiş, nə də mən koronavirusa yoluxmamışdıq. Rəmişi sağalda bilmədilər və ona koronavirus diaqnozu qoydular".

Yenisabah.az xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında mərhum sənətkarın həyat yoldaşı Güllü Hüseynova deyib.

"Mən dəfələrlə bu barədə bildirmişəm ki, biz koronavirusa yoluxmadıq. Heydər Əliyev Fondu tərəfindən Rəmiş "Medika Hospital"da müalicəyə göndərildi. Son zamanlar Rəmişi yaxşı müalicə eləmədilər. Onu sağalda bilmədiklərini görüb, koronavirus olduğunu dedilər. Rəmişi itirdikdən sonra isə mənim də virusa yoluxduğumu bildirdilər. Bunları yayan həkim Nuranə Nəsirova olub. Mənə söz imkanı da vermədi ki onun yalanını üzə çıxarım. Amma əlimdə sənədlərim var. Rəmiş koronavirusdan ölməyib. Onun ruhu ilə oynamasınlar. Ölüyə hörmət etsinlər". Marqarita pizza

Güllü Hüseynona son olaraq Dövlət başçısı İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya da öz minnətdarlığını bildirib.

Bildirək ki, məşhur gitarist Rəmiş ( Rafiq Hüseynov) aprelin 5-də 76 yaşında vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!